• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 30.05.2018 13:18

Maştağa sakininin həyətində çətənə kolları aşkarlandı

KepezTV Player

Bakının Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Polis bölməsinə daxil olmuş məlumat əsasında Maştağa qəsəbə sakini Anar Əliyev yaxalanıb. Onun Sabunçu rayonu Ləhic bağları ərazisində yerləşən bağ evinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman gizli olaraq əkib-becərdiyi 43 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirib. Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib.