• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 29.05.2018 17:57

Gəncə şəhər 1 nömrəli tam orta məktəbdə mini-futbol üzrə keçirilən daxili birinciliyə yekun vurulub

KepezTV Player

Yarış Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunub. 5 gün davam edən birincilikdə 6 komanda mükafatlar uğrunda mübarizə aparıb. Komandaların heyəti  6-cı və 7-ci sinif şagirdlərindən ibarət olub. Olimpiya sistemi üzrə reallaşan yarış final görüşü ilə başa çatıb. Əsas vaxtı bərabərliklə sonunclanan həlledici oyunda 11 metrlik seriyanı daha dəqiq yerinə “Kəpəz” qələbəni bayram edib. Final matçından sonra yarışın bağlanış mərasimi keçirilib. Mükafatçı yerləri tutan futbolçulara medal, diplom, hədiyyələr qalib komandaya isə həm də kubok təqdim olunub.

Azad Rəfi