• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 29.05.2018 17:54

Hacıkənd meşəsində təhlükəsizlik məqsədilə yoxlamalara başlanılıb

KepezTV Player

Artıq bir neçə gündür ki, Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri xidməti əraziləri olan Hacıkənd meşəsindəki istirahət obyektlərində təhlükəzilik qaydalarına riayət olunması ilə bağlı yoxlamalara başlayıb. Maarifləndirici xarakter daşıyan reydlər yay müvsümü ərzində davam edəcək.

Təbiəti yanğından qoruyun! Odla ehtiyatlı olun! Ərazinin təmizliyinə riayət edin! Bu cür maarifləndirici çağırışlarla Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri Hacıkənd meşəliyində istirahət obyektləri olan sahibkarlara müraciət ediblər. Eləcə də yanğın şitlərini daim nəzarətdə saxlamaq, elektrik naqillərinin sazlığını yoxlamaq, ərazidə olan ağacları kəsməmək, ocaq qalayarkən nəzarətdə saxlamaq, istirahətə gələn vətəndaşlarla düzgün davranmaq kimi tövsiyələr verilib.

Şahin Quliyev istirahət obyektinin nəzarətçisi: Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri mütamadi olaraq tez-tez gəlir. Yanğın baş versə nə eləmək lazımdır. Bizdə gələn qonaqlara izah edirik, əlimizdən gələni də edirik ki, yanğın baş verməsin.

Nicat İsayev istirahət obyektinin nəzarətçisi: Nəzarətimiz altındadır. Gələn müştərilərədə deyirik ki, meşədə ocaq qalamaq olmaz, zibil tullamaq olmaz. İşçilərin hamısı da təmizliyə riayət edirik.

İdarənin işçiləri tərəfindən istirahət obyektlərində maarifləndirici löhfələr də asılıb.

Aparılan maarifləndirici söhbətlər və mütamadi yoxlamaların nəticəsi isə müsbətdir.

Vəliyəddin Baxışəliyev Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin mühəndisi:Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi yay mövsümü başlandığı dövrdən gücləndirilmiş iş rejimində işləyir. Öz əməkdaşlarımız tərəfindən növbətçilik cədvəlləri təşkil edilib. Bu növbətçilik qrafikində də müəssisə tərəfindən vaxtlıvaxtında hər bir şəxs cavabdehliyi dövründə inzibati ərazidə olur. Keçən ildə də bu ilin 5 ayında da heç bir mənfi hala rast gəlinməyib. Bu da o deməkdir ki, qabaqlayıcı tədbirlərin görülməsi heç bir yanğın hadisəsinin baş verməməsinə səbəb olub.

Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 15 min hektara yaxın xidməti ərazisi var. Bu ərazidə müqavilə əsasında 30 istirahət obyekti fəaliyyət göstərir.