• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 669
— 29.05.2018 17:48

FHN-nin Gəncə regional Mərkəzində açıq qapı günü keçirilib

KepezTV Player

Yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, şagirdlərdə şəxsi və ictimai təhlükəsizlik məsuliyyətinin artırılması, həmçinin hərbi vətənpərvərlik ruhunun aşılanması və onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi məqəsədi ilə açıq qapı günü keçirilib. Fövqəladə Halllar Nazirliyinin Gəncə Regional Mərkəzi ilə tanış olan məktəblilərə nazirlik əməkdaşların xilas etmə zamanı istifadə etdikləri əyani vasitələrl göstərilib. Həmçinin mərkəzin akt zalında nazirliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Xüsusi xilasetmə hissəsinin şəxsi heyyətinə şərti olaraq həyacan siqnalı verilib. Qəza xilasetmə avtomobili ilə hadisə yerinə yollanan xilasedicilər alət və avadanlıqlardan istifadə etməklə köməksiz vəziyyətdə olan yaralını xilas ediblər. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Razil Vəliyev metodist: Hal-hazırda gənclərimiz fövqəladə hallarla bağlı alət avadanlıq və digər texnikası ilə yaxından tanış oldular. Fövqəladə Hallara işçilərinin iş prinsiplərini öyrəndilər. Buda bizim gənclərdə bu peşəyə marağı daha da artırdı.

Ayxan Qoşqarov şagird: Fövqəladə Hallar Nazirliyinin bizə göstərdiyi alətlərlə yaxından tanışı olmalıyıq. Orada  istifadə olunan alətlərdən istifadəni dərindən mənimsəməliyik. 

Natiq Hüseyn