• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2179
— 28.05.2018 14:37

Cüdo üzrə kişilərdən ibarət Fransa yığma komandası Göygöldə təlim-məşq toplanışı keçib

KepezTV Player

20 nəfərlik heyətlə ölkəmizə təşrif buyuran qonaqlar millimizlə birgə hazırlaşıblar. Yerli olimpiya idman kompleksində reallaşan hazırlıq prosesi fiziki, taktiki və texniki çalışmalardan ibarət olub. Cüdoçular gündə iki dəfə məşq ediblər. Fransızların heyətində 2 qat olimpiya və 10 qat dünya çempionu Teddi Rinerdən başqa digər aparıcı tatami ustaları toplanışa qatılıb. 3 həftəlik məşqlər sentyabrda Bakıda keçiriləcək dünya çempionatına hazırlıq mərhələsinin başlanğıcı olub.

Piyer Duprat – fransalı cüdoçu – “Bu, Azərbaycana ikinci səfərimdir. İlk gəlişimdə Bakı 2015 Avropa oyunlarında güləşmişdim. Ancaq toplanışa birinci dəfədir qatılıram. Bu hazırlığın bizə böyük faydası olacaq  və düşünürəm ki, Bakıda keçiriləcək dünya çempionatında mükafatçılar sırasına düşə biləcəm. Göygöldəki təlim-məşq toplanışında iştirak etmək mənim üçün xoş oldu. Azərbaycan çox gözəl ölkədir. Bura da gözəlliyi ilə fərqlənir. Göygöl dünya çempionatına hazırlıq üçün yaxşı məkandır”.

Kristof Massina – Fransa yığma komandasının baş məşqçisi – “Təlim-məşq toplanışı gözlədiyimiz kimi yaxşı alındı. Çünki Azərbaycan millisində güclü idmançılar var. Belə cüdoçularla məşq etməkdə biz də maraqlı idik. Göygölə ilk gəlişimdi. Bura məşq üçün çox ideal yerdi. Təbiəti gözəldi və hər tərəf dağlarla əhatə olunub. Həmçinin kompleksdə idmançıların fiziki göstərcilərini yaxşılaşdırmaq üçün trenajor zalı və məşqdən sonra futbol oynamaq üçün meydançalar da var. Bunlar təlim-məşq üçün vacib hesab olunur”.  

 

Orxan Cəfərzadə