Şəmkirdə Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi satış yarmarkası təşkil edilib. Yarmarkada məktəblilərin çəkdiyi rəsm əsərləri, hazırladıqları əl işləri, müxtəlif bəzək əşyaları, suvenir, maket və başqa maraqlı əsyalar satışa çıxarılıb. Məktəblilərin ifasında canlı musiqi səsləndirilib. Yarmarkada həmçinin gənc müəllimlər birliyinə üzv olan Skautlar assosiasiyasının nümayəndələri maraqlı oyunlar təşkil ediblər. Şəmkir rayon Təhsil Şöbəsinin tərkibində yaradılan Gənc müəllimlər birliyi istedalı uşaqların üzə çıxarılması üçün tədris ili ərzində müxtəlif maraqlı və intelektual tədbirlərlə diqqət mərkəzində olub. Gənc pedoqoqlar məktəblərin təqdimatı, oxu saatı və digər maraqlı layihələr reallaşdırıblar.
Kənan İbrahimov - Şəmkir rayon Təhsil Şöbəsinin məsul əməkdaşı: Bilrisiniz ki Şəmkir Distant Təhsil Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdə isə fiziki qüsurlu uşaqlar təhsil alır. Yarmarkanın keçiriliməsində əsas məqsəddə Şəmkir Distant Təhsil mərkəzində inkulizv təhsilə cəlb olunmuş fiziki qüsurlu şagirdlərə əldə olunan gəlirdən Ramazan bayramı və 1 iyun Uşaqların Beyəlnalxalq Müdafiəsi günü münasibəti ilə hədiyyələr təqdim etməkdir.
Natiq Hüseyn
- Baxış: 989