• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 28.05.2018 13:42

Yaşayış evləri yandı

KepezTV Player

Qazax rayonunda yanğın faktı qeydə alınıb. Hadisə Daş Salahlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli evdə baş verib. 4 otağın və dam örtüyünün yanar konstruksiyaları yanıb. Əraziyə gələn yanğınsöndürənlər alovun tövlə və yardımçı tikiliyə keçməsinin qarşısını alıblar. Anoloji fakt Gədəbəydə də olub. Rayonunun Fərzalı kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktlar araşdırılır.