• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1736
— 28.05.2018 13:30

Bədbəxt olaylar yaşandı

KepezTV Player

Ağstafa rayonunda bədbəxt hadisə baş verib. Rayonun Dağ Kəsəmən kənd sakini 39 yaşlı Afət Abdullayeva qarının üç yerindən kəsilmiş yara ilə xəstəxanaya gətirilib. Əməliyyat olunan qadının vəziyyəti ağırdı. Yaxınlarının sözlərinə görə Afət Abdullayeva yıxılıb və qarnına şüşə batıb. Daha bir hadisə Göygöldə olub. Gədəbəyin Qazanbulaq qəsəbə sakini 56 yaşlı Mətləb Hümbətov atdan yıxılıb. Müxtəlif bədən xəsarəti alan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.