• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 27.05.2018 23:28

Gəncədə quru ot sahəsi yanıb

Gəncə şəhərində yanğın olub. Hadisə şəhərin İnşaatçılar küçəsi 39 ünvanında yaşayan 57 yaşlı Hikmət Novruzova məxsus evin 400 kvm həyətyanı sahəsində baş verib. Yanğın zamanı 100 kvm quru ot və həyətdə olan ümumi sahəsi 10 kvm taxtadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Dərhal hadisə yerinə gələn yanğın söndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb. İlkin ehtimala görə ev sahibi quru ot sahəsini yandıran zamanı alovun qarşısını ala bilməyib və yanğın ətrafa yayılıb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu