• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 28.05.2018 10:02

Körpə səslərini aydın dildə ifadə edəcək proqram yaradılıb

UCLA komandası zəif eşidən valideynlər üçün ümumi fonda körpənin ağlamasını ayırd edə bilməkdən ötrü proqram hazırlayıb. Chatterbaby adlandırılan proqram təminatının sınaqları zamanı məlum olub ki, körpə səslərini üç kateqoriyaya aid etmək olar: aclıq, ağrı və sıxıntı. Təcrübəli ana səsdən körpənin nə istədiyini başa düşə bilər, bəs bu məqsədlə proqram alqoritminin yaradılması necə olar? Tapşırıq düşünüldüyündən həm asan, həm də mürəkkəb olub, çünki körpə refleksli olaraq davranır, ağrı hissləri onu fasiləsiz qışqırmağa məcbur edir, halbuki adi təlaş vaxtı səslər arasında fasilə mövcuddur. Yemək tələbi öz akustik özəlliklərinə malikdir və proqram 2000 nümunəni öyrəndikdən sonra körpə səslərini 90% dəqiqliklə ayırd etməyə müvəffəq olub.

Genotip, dəqiq yaş, iqlim, mühit və başqa amillər körpənin səsinə kifayət qədər güclü təsir göstərir, buna görə UCLA çoxlu sayda körpənin səs nümunələrindən ibarət məlumat bazası yaratmağa dair qərar verib. Chatterbaby proqramının istifadəçilərinə öz körpələrinin səslərini yazmaq və onları göndərmək təklif edilir. Bu informasiyanın fərdiləşdirilməyəcəyinə dair söz verilib. Bu texniki məlumatlar sadəcə alqoritmlərin optimallaşdırılması üçün lazımdır.