Tatami ustaları yerli Olimpiya İdman Kompleksində hazırlıq keçir. Millimiz qarşıdan gələn mühüm yarışlara, o cümlədən sentyabrda Bakıda keçiriləcək dünya çempionatına hazırlaşır. Toplanışa yığmanın bütün liderləri - Elxan Məmmədov, Elmar Qasımov, Rüstəm Orucov, Hidayət Heydərov və Orxan Səfərov kimi Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının mükafatçıları qatılıb. Türkiyə və Fransa yığmalarının da iştirak etdiyi hazırlıq prosesi 3 həftədən ibarət olacaq. Cüdoçular fiziki, taktiki və texniki çalışmalar üzərində işləyirlər.
Kişilərdən ibarət milli komandanın baş məşqçisi Ruslan Maşurenko: “Burada toplanış keçmək barədə təklif cüdoçulardan gəlib. Onlar bir il bundan əvvəl Göygöldə məşqlər keçərək hazırlığın səviyyəsindən razı qalıblar. Mənə də bu haqda dedilər və ona görə buranı seçdik. Bizə yaradılan şərait çox yaxşıdı. Bunun üçün cüdo federasiyasına minnətdarlığımızı bildiririk. Hazırlığımız normal gedir, plan üzrə məşq edirik”.
Azad Rəfi
- Baxış: 1194