• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 26.05.2018 16:21

Bölgələrdə Xalq Cümhuriyyətinin 100 illiyi təntənə ilə qeyd olunur

KepezTV Player

Şərqdə ilk parlamentli respublikanın yaranması və 23 ay fəaliyyəti xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin formalaşmasında böyük rol oynayıb. 100 illiyi qürurla qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu olub. Kəlbəcər rayon ictimaiyyəti tərəfindən əlamətdar gün münasibətilə təşkil edilən tədbirdə həmin dövrdə əsası qoyulan dövlətçilik ənənələrinin 1991-ci ildə elan edilən müstəqil Azərbaycan Respublikasının formalaşması üçün əsas olduğu vurğulanıb və müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edilir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına verdiyi önəm, 100 illiyin dövlət səviyyəsində bayram edilməsi xüsusi vurğulanıb. Tədbirin  bədii hissəsi Kəlbəcər rayon Mədəniyyət evində davam edib. Musiqi məktəblərinin şagidlərinin vətənpərvərlik ruhunda səsləndirdikləri mahnılar alqışlarla qarşılanıb.

Göygöl rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi müansibəti ilə keçirilən tədbirdə isə cümhuriyyətin mövcud olduğu 23 ay ərzində dövlət, ordu quruculuğu və demokratik dəyərlərin tətbiqi sahələrində görülən işlər haqqında danışılıb. Qısa zaman kəsiyində Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, gerbi, bayrağı və himni təsdiq olunub, ölkədə yaşayan bütün millətlərə bərabər hüquqlar verilib, Azərbaycan dili dövlət dili elan olunub. Demokratik prinsipləri rəhbər tutan respublikanın 23 aylıq fəaliyyətinə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yüksək dəyər verilib. Prezident İlham Əliyevin də ulu öndərin siyasətini uğurla davam etdirdiyi və bu siyasətin təzahürü olaraq 2018-ci ilin ölkədə cümhuriyyət ili elan olunduğuna diqqət çəkilib. Toplantı cümhuriyyətin 100 illiyinə dair məruzələrlə davam edib.