• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1477
— 25.05.2018 14:33

Gəncə şəhər 1 nömrəli tam orta məktəbdə mini-futbol üzrə daxili birincilik start götürüb

KepezTV Player

Yarış Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunub. Birincilik bədii hissə ilə başlayıb. Bir-birini əvəz edən rəqs nömrələri, gimnastların və taekvandoçuların nümunəvi çıxışları izləyicilərin diqqətini cəlb edib. Daha sonra müxtəlif növlər üzrə şəhər və respublika yarışlarında fərqlənmiş idmançılara fəxri fərmanlar təqdim olunub. Açılış mərasiminin ardından yarışa  start verilib. Birincilikdə 6 komanda mükafatlar uğrunda mübarizəyə qoşulub. Komandaların heyəti  6-cı və 7-ci sinif şagirdlərindən təşkil edilib. Olimpiya sistemi üzrə keçirilən turnirə 3-cü yer və final görüşləri ilə yekun vurulacaq. İlk 3 yeri tutan futbolçulara medal, diplom, qalib komandaya isə həm də kubok veriləcək.  

Azad Rəfi