• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 25.05.2018 14:26

Samuxda Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb

KepezTV Player

Samux rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan bayram tədbiri keçirilib. Müstəqil ölkənin 23 aylıq fəaliyyət dövrünü  təhlil edib, 100 il bundan öncə tarixi vəziyyətin yaratdığı imkandan istifadə edilərək elan edilən azadlığın əhəmiyyətindən danışıb. Şərqdə və müsəlman dünyasında ilk demokratik respublikanın etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verdiyinə diqqət çəkilib. Müasir Azərbaycanın xalq cümhurtiyyətinin varisi olduğu və nüfuzunun günü-gündən artmasından söz açılıb. Dövlətçilik ənənələrini qoruyub saxlayan ölkəmizin bugünki uğurlarına nəzər salınıb. Toplantıda Azərbaycanın Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan inşa yazı müasbiqəsinin və idman yarışlarının qalibləri mükafatlandırılıb. Tədbir milli musiqilərin sədaları altında geniş konsert proqramı ilə davam edib.

 

Natiq Hüseyn