• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 25.05.2018 01:48

Qəzalarda ölən və xəsarət alanlar var

KepezTV Player

Şəmkir rayonu, Kür qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 23 yaşlı Elmar Nəsibovun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Gəncənin Heydər Əliyev prospektində Hüseyn Həşimovla 34 yaşlı Pərviz Salmanovun idarə etdiyi iki "Mercedes" markalı avtomobil toqquşub. Bu zaman Hüseyn Həşimov xəsarət alıb. Yaralıya tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Şahidlərin bildirdiyinə görə, Hüseyn Həşimov avtomobillə dönmə əməliyyatı zamanı o biri nəqliyyat vasitəsinin yoluna çıxıb.

Gəncənin Fətulla Həsənov küçəsində də qəza baş verib. Hərəkətdə olan VAZ markalı avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini 61 yaşlı Kifayət İbrahimovanı vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Tibbi yardım göstərilən qadın palataya yerləşdirilib.

Anoloji fakt şəhərin Poçt qəsəbəsi ərazisində də olub. Yolu keçmək istəyən 25 yaşlı Aydın Quliyevi avtomobil vurub. Yaralı dərhal xəstəxanaya gətirilib, ona sol diz və alın nahiyəsinin əzilmiş sıyrılmış yaraları diaqnozu qoyulub. Tibbi yardım göstərilən Aydın Quliyev ambulator müalicəyə buraxlıb. Faktlarla bağlı araşdırmalar aparılır.