• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 24.05.2018 15:14

Göygöl və Samuxda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü bağlı silsilə tədbirlər keçirilir

KepezTV Player

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində misilsiz hadisədir. Cəmi 23 ay mövcud olan respublika zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub. Bu fikirlər Göygöl rayonunda Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan bayram tədbirində səsləndirilib. dövlət səviyyəsində geniş qeyd edilən bayramın cümhuriyyətin qurucularının xatirəsinə, tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümü olduğu bildirilib. Tədbir tanınmış incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam edib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Samux rayonunda silsilə tədbirlər davam edir. Rayonun  Mədəniyyət müəssisələrində təşkil olunan toplantılarda cümhuriyyətin yaranması xalqımızın azadlıq, müstəqilik ideyalarının reallaşması kimi dəyərləndirilib. Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətləri yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizə verilən ən böyük qiymət kimi səciyyələndiirlib. Tədbirlərdə şagirdlər mahnı və rəqslər ifa edib, şeirlər söyləyiblər. “Ordumuzun gücü” adlı kompozisiya maraqla qarşılanıb.

Natiq Hüseyn