Bu günə xəbərlərin oxunma sayı: 1080
— 24.05.2018 08:48

Gəncədə iki nəfər bıçaqlanıb

KepezTV Player

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb. Şəhərin Təbriz küçəsində Göygöl rayon sakini Aqil İsmayılov və şəhər sakini Yaşar Bayramov arasında mübahisə baş verib. Daha sonra tərəflər davadalaş zamanı bıçağa əl atıb. Nəticədə hər iki şəxs müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Şahin Quliyev – həkim: “Yaşar adlı xəstədə sağ boyunun kəsilmiş yaraları aşkar olunub. Digər xəstədə sol yanağın böyük kəsimdə çırılmış yaraları, dişlərin tökülməsi aşkar olunub. Hər iki xəstəyə yardım göstərilib, onlardan biri ambulator müayinəyə göndərilib, digər xəstə stasionarda müalicəsi davam etdirilir".

Xaliq Qurbanlı