Bu günə xəbərlərin oxunma sayı: 1042
— 23.05.2018 14:33

Şəhid Adil Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib

KepezTV Player

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib. Medalı Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhidin üç mərasimində Adil Tatarovun atası Əli Tatarova müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təqdim edib. Mərasimdə şəhid əsgərin hərbi xidmət dövründə nümunəviliyi və mərdliyi ilə seçildiyi, verilən tapşırıqları təlimata uyğun olaraq yerinə yetirdiyi, xidmət etdiyi dövrdə fərqləndiyinə görə dəfələrlə təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldığı&nbsp;vurğulanıb. Düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən sücaət göstərərək həlak olub. Anadan olduğu Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunan Adil Tatarov&nbsp;Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Şücaətə görə” medalı ilə təltif olunub.&nbsp;<br>