• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 23.05.2018 15:03

Toğrul Əsgərov bir illik fasilədən sonra xalça üzərinə çıxıb

KepezTV Player

Gəncəli olimpiya çempionu, sərbəst güləşçi Toğrul Əsgərov bir illik fasilədən sonra xalça üzərinə çıxıb. O, Amerika Birləşmiş Ştatlarında güləşib.

Pəhləvan Nyu-Yorkda güləşçilər arasında keçirilən “Küçədə döyüş” adlı şou xarakterli gecədə yarışıb. Toğrulun rəqibi yerli idmançı Cordan Oliver olub. 65 kq çəki dərəcəsində reallaşan görüş 3:3 hesabıyla sona çatsa da, xalların keyfiyyətinə görə amerikalı güləşçi qələbə qazanıb. Xatırladaq ki, bu, ötən ilin aprelində dopinqə görə diskvalifikasiya ilə üzləşən Əsgərovun cəzadan sonra ilk rəsmi görüşü olub. 26 yaşlı pəhləvan 2017-ci ilin ilin əvvəlində Hindinstanda iştirak etdiyi Peşəkar Güləş Liqasının yarışları zamanı antidopinq qaydalarını pozduğu üçün 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılmışdı. Onun orqanizmində higenamin aşkar olunmuşdu ki, bu maddə çəkini qorumaq məqsədilə istifadə olunan dərman vasitəsi hesab edilir. Cəza dövrü arxada qaldığından yığma komandaya da cəlb olunan Əsgərov qarşıdakı aylarda beynəlxalq turnirlərdə, eləcə də payızda Macarıstanda keçiriləcək dünya çempionatında iştirak edəcək. Qeyd edək ki, Toğrul Olimpiya çempionu olmaqla yanaşı, Rio-2016-da gümüş, Bakı 2015 ilk Avropa Oyunlarında və qitə çempionatında qızıl medal qazanıb. O, həmçinin kişilər arasında dünya çempionatının gümüş mükafatçısıdır.

 

Azad Rəfi