• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 23.05.2018 14:45

AXC-nin 100 illik yubileyi Gəncədə ədliyyə işçiləri tərəfindən bayram edilib

KepezTV Player

Gəncə regional Ədliyyə idarəsi, şəhərdə fəaliyyət göstərən məhkəmələr və qeydiyyat şöbələrinin nümayəndələrinin bir araya gəldiyi tədbirdə şərqin ilk parlamentli respublikasının 3 aylıq Gəncə dövrünə nəzər salınıb. 23 aylıq fəaliyyəti dövründə müstəqil dövlətin Ədliyyə Nazirliyi şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş gördüyünə diqqət çəkilib. Ədliyyə, məhkəmə və istintaq strukturları bərpa edilib, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunub. Sovet dönəmində olduğu kimi ikinci müstəqillik illərində də ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə mühüm qanunlar qəbul edilib, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılıb.