2 günlük konfransda Cümhuriyyətin, xüsusilə onun Gəncə dövrünün tədqiqi ilə məşğul olan tarixçi alimlər iştirak edirlər. Şərqində ilk parlamentli respublikanın–Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı ölkə prezidentinin sərəncamına diqqət çəkilib. Cümhuriyyətin Gəncə dövründə sosial, iqtisadi, mədəni, siyasi və hərbi sahələrdə verilən qəraraların müstəqil demokratik dövlət quruculuğunda roluna nəzər salınıb. “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə milli-dövlət quruculuğu”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan demokratik fikrində azadlıq, millətin və vətənin taleyi ideyaları”, “15 sentyabr 1918-ci il Bakının azad edilməsi prosesi: ermənilərin soyqırım mifləri və reallıqlar” mövzularında məruzələr dinlənilib.
- Baxış: 1120