• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 23.05.2018 14:39

Gəncə Dövlət Universitetində “Məzun günü” qeyd olunub

KepezTV Player

Bakalavr və magistr olmaqla, 1500-yə yaxın tələbə bu il tələbə həyatı ilə vidalaşıb. Tədbirdə universitetin maddi-texniki imkanlarının genişlənməsi, təhsilin keyfiyyətinin artması, tələbələrin bilikli və savadlı formalaşması istiqamətində atılan addımlardan danışılıb. Elmi bilikli gənclərin işlə təminatı, sosial-ictimai fəallığının artırılmasıistiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açılıb. Universitetdə bu il məzun adını qazananlar arasında bacarıqlı gənclərin üstünlük təşkil etdiyinə diqqət çəkilib. Bunun nəticəsi olaraq fəallığı ilə seçilənlərə “Fəxri fərmanlar” təqdim olunub.