• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 23.05.2018 13:30

Velosipeddən yıxılan gənc süni nəfəs aparatına qoşulub

KepezTV Player

Lerikdə velosipeddən yıxılan gənc ağır xəsarət alıb. Rayon sakini, 25 yaşlı Ədalət Qurbanlı enişlə velosiped sürərkən idarəetməni itirib və velosipedlə qonşunun dəmir qapısına çırpılıb. Müxtəlif dərəcəli xəsarətlər alan gənc Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ədalət Qurbanlıya kəllə sümüyünün sınığı diaqnozu qoyulub. O, hazırda süni nəfəs aparatına qoşulub. Faktla bağlı araşdırma aparılır.