KepezTV Player
Bakının Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən banklardan birinin filialından oğurluğa cəhdin qarşısı mühafizə polisinin əməkdaşları tərəfindən alınıb. Belə ki, Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan bankın filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal hadisə yerinə çıxıb və bankın giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılıb. Faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 1310