• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1210
— 23.05.2018 11:03

Fiziki qüsurlu insanlar da video oyun oynaya biləcək

Microsoft korporasiyası fiziki imkanları məhdud insanlar üçün Xbox Adaptive Controller adlı kontrollerini təqdim edib. Qurğunun işi barədə məlumat verən tərtibatçıların sözlərinə görə, kontrollerin üz hissəsində xaç şəklində böyük düymə və iki iri klaviş yerləşir. İstifadəçi klavişlərin üzərində adi Xbox One kontrollerinin istənilən düyməsinin funksiyalarını təyin edə bilər. Həmçinin qurğunun arxa tərəfində qoşulma üçün 3,5 millimetrlik 19 çıxış quraşdırılıb. Onların hər biri coystikin ayrıca klavişi üçün nəzərdə tutulub. Korporasiya nümayəndələrinin sözlərinə görə, bir sıra kənar istehsalçılar tərəfindən Microsoft-a dəstək nümayiş etdirilib. Bunun sayəsində onların qurğularını kontrollerə qoşmaq mümkün olacaq. Oyun həvəskarları xüsusi düymə, pedal və digər periferiyalardan faydalana biləcəklər. Bu il satışa çıxarılacaq Xbox Adaptive Controller-in qiyməti 100 dollardır.