• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1989
— 23.05.2018 11:00

Bu Mazda modeli indi daha təhlükəlidir

İsveçin Folksam sığorta şirkəti və qeyri-kommersiya təşkilatı olan Ev Sahiblərinin Assosiasiyası paslı avtomobillərin kraş-testlərini keçirib. Sınaqlar üçün yaşı 10 ildən çox olan maşınlar seçilib. Bunlar 5-ci nəsil Volkswagen Golf heçbeki, eləcə də 1-ci nəsil Mazda 6 sedanı və universalıdır. Kraş-testlər Avropa yeni avtomobillərin qiymətləndirilməsi təşkilatının (Euro NCAP) keçmiş qaydaları çərçivəsində baş tutub. Maşınlar qarşı, yan, həmçinin dirəyə çırpılma kimi kraş-testlərə “dözməli” olublar. 2004-cü ildə o dövrün yeni VW Golf-u 5 ulduz qanaraq 33 bal yığdığı halda, istifadə olunmuş versiyası 32 bal və 4 ulduz əldə edə bilib. Köhnə-yeni Mazda isə 2003-cü ildəki kraş-testlər zamanı 4 ulduz və 26 balla kifayətlənməli olub. Həmin maşının indiki göstəriciləri isə belədir: 18 bal və 3 ulduz. Sığorta şirkətinin qiymətləndirməsinə görə, belə maşınla qəzada həlak olmaq ehtimalı yenisinə nisbətən 20 faiz çoxdur.