• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2228
— 22.05.2018 16:17

Turan Bayramov Gəncədə coşğu ilə qarşılanıb

KepezTV Player

Makedoniyada keçirilən sərbəst güləş üzrə Avropa birinciliyinin qızıl medalını qazanan Gəncə güləş məktəbinin yetirməsi Turan Bayramov doğma şəhərinə dönüb. Ənənəyə uyğun olaraq pəhləvan Nizami Gəncəvinin məqbərəsi önündə qarşılanıb. Bayramov Avropa çempionu olmaqla yanaşı yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyaya əldə edib. Bu yarış cari ilin oktyabrında Argentinanın Buenos Ayres şəhərində keçiriləcək. Xatırladaq ki, Skopyedə reallaşan qitə birinciliyində güləşçimiz 65 kq-da 4 görüş keçirib və medala gedən yolda erməni rəqibinə də qalib gəlib.  Ölkənin ən ümidverici idmançıları arasında göstərilən Turan Bayramov son iki ildə beynəlxalq turnirlərin qızıl, dünya birinciliyinin gümüş, Avropa birinciliyinin isə bürünc mükafatçısı olub.

Azad Rəfi