• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 22.05.2018 15:17

Goranboylu fermerlərin suvarma ilə bağlı problemlərinə son qoyulur

KepezTV Player

Prezidentin sərəncamına əsasən bu il Goranboyda 18 yaşayış massivinin suya olan ehtiyacı yaxşılaşdırılacaq. Qazılan 19 ədəd subarteziyan quyusu əkinəyararlı sahələr üçün həyatı əhəmiyyət daşıyır. İstifadəyə veriləcək texniki qurğular təxminən 1500 hektar sahəni suvarmağa imkan verəcək.

Goranboyda 43 min hektardabn artıq əkin sahəsinin suvarılması çay sularının və subarteziyan quyularının hesabına aparılır. Yay mövsümündə dağ çaylarında suyun kəskin azalması suvarmada problemlərə yol açır. Bu da məhsuldarlığın aşağı düşməsinə əsas verir.

Minarə Əliyeva  fermer: “Suvarma suyundan biz həmişə əziyyət çəkmişik. Əkin sahələrimiz çoxdur, ancaq su çatmadığı üçün əkib beçərə bilmirik bir hissəsini. Mən istərdim ki, gələcəkdə dövlət tərəfindən bizə göstərilən qayğı artırılsın və boş sahələrimizi beçərək, dövlətimizə xeyir verək. 

Əbülfəz Səfərov  fermer: “Yazda da, yayda da su sarıdan Goranboyda qıtlıq çəkirik. İndi yeni arteziyan quyuları qazılır, bundan sonra su sarıdan köməkdarlıq olar”

Goranboyda mövcud olan 839 subarteziyan quyusu və mənbəyi Yuxarı Qarabağ kanalında olan 4 nasos stansiyası 29 mindən artıq əkin sahələrini suvarılması üçün nəzərdə tutulub. Yerdə qalan əkin sahələrinin suya olan tələbatının ödənilməsi isə çaylar və yeni qazılan subartezyan quyuları hesabına aparılır.   

Ramiz Süleymanov – Goranboy Subarteziyan Quyularını İstisamrı İdarəsini baş mühəndisi: “ Hazırda həmin quyulardan 2 ədədi qazılaraq istismara verilib, 11-də qazıntı işləri tam başa çatdırılıb, 6 subarteziyan quyusunda isə planlı şəkildə qazıntı işləri davam etdiriləcəkdir. Yay mövsümündə Qaraçay və Kürəkçay çaylarında suyun həcmi kəskin azaldığından digər əkin sahələrinin suvarılması bizim mexaniki qurğuların üzərinə düşür “

Bu il bir hissəsinin istifadəyə verilməsi nəzərdə tutulan Şəmkir Su Maşın Kanalınında Goranboyda 8 min hektar əkin sahəsinin suvarılmasını həyata keçirəcəkdir.