• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1842
— 22.05.2018 15:15

Samuxda torpaqların real vəziyyətini əks etdirən uçot sistemi istifadəyə verilib

KepezTV Player

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Samux rayonunda torpaqların Elektron Kadastr Uçotu işlərinin praktiki istifadəsi reallaşıb. Rayonda görülən işlərin nəticələrini əks etdirən məlumatlar elektron şəkildə müvafiq icra hakimiyyəti orqanlarına verilib.  Əsas məqsəd, torpaqların real vəziyyətini əks etdirən məlumatın nümayişi, əldə edilən nəticələrin izahı, o cümlədən bu işlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq, torpaqların düzgün şəkildə istifadəsi ilə bağlı tövsiyələrin verilməsidir. Yeni sistemdə rayon torpaqlarının dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar yer alıb. Kadastr uçot işlərinin yekunlaşması ilə rayonun əkin, örüş, otlaq sahələrinin hüdudları, əraziləri tam olaraq dəqiqləşib. Müəyyən olunan yeni torpaqlar isə yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb. Samux rayonunda bələdiyyə hüdudları daxilində 40 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən edilib. Mövcud torpaq sahələrindən 18 min hektara yaxını əkin, 1300 hektarından artığı çoxillik əkmələr təşkil edir.

Natiq Hüseyn