• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1768
— 22.05.2018 13:55

Ölkəyə qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb.Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, vətəndaşın üzərindəki kəmərinin altında gömrük nəzarətindən gizlədilmiş 4 ədəd mobil telefon aşkar edilib.Fakt araşdırılır.