• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2458
— 22.05.2018 13:53

Nəvə babasının evini soydu

KepezTV Player

Paytaxt polisi oğurluq faktının üstünü açıb. Oğurluq etdiyinə görə tutulmuş Ozal Nuriyevin ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2016-cı ilin mart ayında rayon ərazisindəki evlərin birindən 300 ABŞ dolları və 35000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Ağcabədidə isə babasının evindən oğurluq edən nəvə ifşa olunub.Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də rayon ərazisindəki evlərin birindən 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən şəhər sakini Mirsəfər Əliyev saxlanılıb. Faktlar araşdırılır.