• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 22.05.2018 13:50

Qəzada 3 nəfər xəsarət aldı

KepezTV Player

Ələt-Astara magistralının Lənkəranın Bürcəli kəndindən keçən hissəsində VAZ 2107 markalı avtomobil ilə KamAZ markalı yük maşını toqquşub. Xəsarət alan şəxslər - 36 yaşlı Nahid Həsənov,27 yaşlı Asim Feyziyev və 26 yaşlı Elnur Sovqatov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Feyziyevin vəziyyəti daha ağırdır. O, qəza zamanı boyunun sağ nahiyəsinin kəsilməsi xəsarəti və ağır kəllə-beyin travması alıb. Feyziyev və Sovqatov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.Məlumata görə, VAZ 2107 markalı avtomobil ötmə əməliyyatı zamanı əks hərəkət zolağına çıxıb.