KepezTV Player
Bakıda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada ölüb. 44 yaşlı Natiq İbrahimov ötən gecə aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib. Hazırda hadisə zamanı xəsarət alan 53 yaşlı Şəkər İbrahimovanın müalicəsi davam etdirilir. Qeyd edək ki, ötən gün Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan tikilinin içərisində propan qaz balonu partlayıb.
Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin - 49 yaşlı Gülənaz İbrahimovanın və 56 yaşlı Söhrab Saatovun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilmişdi.
- Baxış: 1486