KepezTV Player
Gədəbəyin Zəhmət kəndində qanlı hadisə baş verib. Arıqıran kənd sakini, 22 yaşlı Elvin Məmmədovla Şəmkirin Qapanlı kənd sakini, 37 yaşlı Rövşən Əliyev birlikdə yeyib içiblər. Sərxoş halda olan şəxslər arasında söyüş üstündə mübahisə yaranıb. Bu zaman Elvin həbsxana yoldaşı olmuş Rövşən Əliyevi döş qəfəsindən bıçaqlayıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hadisəni törədən şəxs isə saxlanılıb. Polis faktı araşdırır.
- Baxış: 1260