Mərkəz Gürcüstanın Akaki Tsereteli Universitetinin koordinatorluğu ilə həyata keçirilən Avropa Komissiyasının “Erasmus Plus” proqramı üzrə AESOP layihəsi çərçivəsində yaradılıb. Layihənin daha yaxından mənimsənilməsi və Gəncə Dövlət Universitetində tətbiqi məqsədilə işlərə ötən ildən başlanılıb. Universitetdə Ombudusman ofisinin funksiya və strukturu nəzəri və praktik cəhətdən öyrənilib. Bu ilin əvvəlindən layihənin Gəncə Dövlət Universitetində tətbiqiənə başlanılıb. Bu mərkəz tələbələrin şikayətlərinin dinlənilməsi, müraciətlərə baxılması, eləcə də fakültə və universitet rəhbərliyi qarşısında problemlərin qaldırılması və onların həlli istiqamətində mühüm işlər görəcək. Eləcə də universitetdəki tədris prosesində və semestr imtahanlarında şəffaflığın təminində müham amil olacaq.
- Baxış: 1178