• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 21.05.2018 14:50

Gəncədə Cümhuriyyətin 100 illiyinə həsr olunan kitab sərgisi təşkil olunub

KepezTV Player

Azərbaycan mühaciərt tarixinin tədqiqatçısı Dilqəm Əhmədin 4 il ərzində Türkiyədə topladığı materiallar, fotolar və digər sənədlər Gəncədə sərgilənib. Təqdimat mərasimində həmçinin təqdiqatçı-jurnalistin “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitabları da oxuculara təqdim edilib. Müəllifin “Fərqlilər” kitabında mühacirlərlə yanaşı Azərbaycan tarixinin görkəmli şəxsiyyətləri haqqında unikal məlumatlar yer alıb. “Mühacirlərin dönüşü” adlı ikinci kitabda isə Azərbaycan Cümhuriyyəti və mühacırəti tarixinə aid 50-ə yaxın yeni matarial təqdim edilib. Kitabda Məhəmməd Əmin Rəsulzadənin 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları, visit kartları və protretinin təsviri yer alıb.

Dilqəm Əhməd - təqdiqatçı-jurnalist: Məqsdə nədən ibarətdir. Bilrisiz ki bəzən muzeylərdə insanlarımız bu materialları şüşə altından izləyirlər. Amma biz istəyrik ki insanlar Cümhuriyyəti daha yaxından hiss etsinlər. 100 illik 99 yaşlı foto şəkillərə toxuna bilsinlər. Xüsusi ilə də gənclərimiz daha yaxından hiss etsinlər deyə bu sərgiləri təmannasız şəkildə keçiririk.

 

Natiq Hüseyn