• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 21.05.2018 13:22

7 kq-dan artıq narkotik vasitə müsadirə olundu

KepezTV Player

Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın 19-da və 20-də keçirdikləri tədbirlər nəticəsində 7 kiloqramdan artıq narkovasitə aşkar edilərək götürülüb.Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının Jiy kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakinləri Zaur Nuriyev, əvvəllər məhkum olunmuş - Vüsal Nuriyev və Orxan Dəyyanov saxlanılıb. Onlardan çəkisi 3 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb. Neftçala polisinin keçirdiyi tədbirlərlə saxlanılan Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Musa Əliyevdən şəxsi axtarış zamanı 16 qramdan artıq marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun həyətindən əlavə olaraq 4,1 kiloqram marixuana götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.