• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1228
— 21.05.2018 11:03

Uşaqların yerini müəyyən edən "ağıllı" saatlar buraxıldı

Çinin Xiaomi şirkəti uşaqlar üçün iki rəngdə - mavi və narıncı smart-saatlarını təqdim edib. Qeyri-adi rahatlığa malik və “Mi Bunny Children Phone Watch 2C" adlanan bu qurğuların çəkisi 37,8 qram təşkil edir. Naqilsiz Wi-Fi adapteri valideynlərə uşaqlarının harada olmasına nəzarət etməyə imkan verir. Valideynlərin müəyyənləşdirdiyi coğrafi sərhədləri keçən uşaqlara bu barədə xəbərdarlıq gəlir. Bu "ağıllı" saatlardan mobil telefon kimi də istifadə etmək mümkündür. Onun yaddaşı cəmi 10 nömrə tutumuna malikdir. Bu səbəbdən kənar adamlar onlara zəng edə bilməyəcək. Smart-saatlardakı SOS funksiyası valideynlərin smartfonuna gənc istifadəçinin yeri barədə bildiriş və ətraf mühitin səsləri barədə 7 saniyəlik audioyazı göndərir. Mi Bunny Children Phone Watch 2C 30 dollara satılır.