• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 21.05.2018 11:02

Niderlandda “musiqili” yol düzəltdilər və dərhal da sökdülər

Niderland hökuməti “ifa edən” yolun tikintisindən bir neçə gün sonra onu sökmək məcburiyyətində qalıb. Celsum kəndində quraşdırılan bu qeyri-adi yol örtüyü yerli sakinlərin şikayətləri əsasında aradan qaldırılıb. Yerlilərin sözlərinə görə, avtomobillər yoldan keçərkən yüksək səsli musiqi onları dəli edir və yatmağa mane olurmuş. Belə bir yol isə sürücülərin sürət həddinə nəzarəti gücləndirməliydi. Yoldan keçən avtomobillərin sürəti 60 km/saatı ötürdüsə, Frislandiya bölgəsinin himni çalınırdı. Amma eyni anda bir neçə maşın keçirdisə, səslər bir-birnə qarışaraq kakofoniya yaradırdı. Ən çox narahatlıq keçirənlər isə həmin yola yaxın evlərin sakinləri olub. Celsum kəndi yaxınlığında həmçinin hərbi aerodrom yerləşir. Buradan tez-tez qırıcı təyyarələr uçur. Sakinlər deyirlər ki, dayanmadan səslər çıxaran yoldansa, təyyarələrin səsinə qulaq asmaq daha yaxşıdır. Səsli yollar Niderlanddan başqa Danimarka, Cənubi Koreya, Yaponiya və ABŞ-da var.