• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2266
— 19.05.2018 16:26

Gəncədə təntənəli idman paradı keçirilib

KepezTV Player

Parad Gəncənin 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülməsi münasibəti ilə təşkil olunub.

Gəncə şəhər İcra Hakimiyyətilə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı sayəsində reallaşan parad Heydər Əliyev prospektindən başlayıb. Hərbi orkestrın müşayəti ilə 5 mindən artıq parad iştirakçısı şəhərin baş meydanına doğru yürüş edib. Olimpiya, Paralimpiya, Avropa və Dünya çempionu titulunu daşıyan tanınmış idmançılar, şəhərin idman məktəblərində çalışan məşqçi-müəllimlər, uşaq, yeniyetmə və gənc idmançılar, orta məktəb “Şahin”ləri, YAP Gəncə şəhər Təşkilatının fəal gəncləri, habelə tələbələr parada qoşulub. Ümumşəhər tədbirində “Kəpəz” Peşəkar Futbol Klubunun rəhbərliyi, əsas və əvəzedici heyəti də iştirak edib.

Gəncənin mərkəzi meydanına gələn parad iştirakçıları burada alqışlarla qarşılanıblar. Nizami yurdunun Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyası tərəfindən titulla təltif edilməsi böyük coşğu ilə qeyd olunub.  Parad idmançıların nümunəvi çıxışları ilə davam edib.

Azad Rəfi