Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı həyata keçirdiyi tədbirlər zamanı 56 nəfər əcnəbi aşkar edilib. Onlardan 13-ü Hindistan, 12-si Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan vətəndaşıdır.Həmin şəxslərdən 38 nəfəri Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyr-qanuni olaraq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və İran vətəndaşlarının ölkəni tərk etmələri təmin olunub, digər şəxslərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
- Baxış: 1363