• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 18.05.2018 13:15

19 yaşlı oğlan bıçaqlandı

KepezTV Player

Tovuzda 19 yaşlı oğlan bıçaqlanıb. Rayonun Əyyublu kənd sakini Murad Məmmədov sol budun bıçaq yarası ilə xəstəxanaya yerləşdiirlib. Ona tibbi yardım göstərilib vəziyyətinin kafi olduğu bildirilir. Daha bir qanlı olay paytaxtın Nərimanov rayonunda olub. Sabunçu qəsəbəsində yaşayan 39 yaşlı Taleh Əhmədov yaşadığı evdən bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlər ona tibbi yardım göstəriblər. Həyatı üçün olan təhlükə aradan qaldırılıb. Taleh Əhmədov polislərə verdiyi ifadəsində yaşadığı evdə özü özünü bıçaqladığını bildirib. Lakin aparılan araşdırmalarla məlum olub ki, onu mübahisə zamanı tanışı bıçaqlayıb. Faktlarla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar aparılır.