• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 18.05.2018 11:02

OnePlus 6 təqdim olundu

OnePlus adlı Çin şirkəti rəsmi olaraq OnePlus 6 smartfonunu ictimaiyyətə təqdim edib. Aparatın güclü xarakteristikası və aşağı qiymətinə baxmayaraq, şirkətin ən bahalı smartfonu hesab olunur. Mobil cihaz 6,28 düymlük çərçivəsiz ekrana malikdir. Ekranın yuxarı hissəsində iPhone X və son aylar buraxılan smartfonlarda olduğu kimi kəsik yer var. Qualcomm Snapdragon 845 prosessoru ilə işləyən aparat 6 ya da 8 QB operativ yaddaşla təmin oluna bilər. Əsas yaddaş isə 64, 128 və ya 256 QB-dan biri olacaq. OnePlus 6-da barmaq izlərini tanıyan skaner və üz tanıyan funksiya da var. Korpus toz və nəmlikdən qorunur. OnePlus 5T-də olduğu kimi budəfəki qurğu da bir cüt kamera əldə edib: 16 və 20 Mp. Ön kamera isə 16 meqapikseldir. Sürətli və naqilsiz enerji yığmanı dəstəkləyən batareyaların həcmi 3300 milli amper saata bərabərdir. Smartfonda qulaqlıqlar üçün 3,5 millimetrlik dəlik açıblar. 177 qramlıq OnePlus 6 güzgülü qara versiyada əlçatandır. Qızılı çalarları olan ağ rəngli versiya isə məhdud saydadır. Qara aparat 22 maydan satışa çıxarılacaq. Ağ isə 15 iyundan bazarlarda peyda olacaq. 6 Qb operativ, 64 Qb daxili yaddaşlıya 529 dollar, 8 və 128-liyə 579, ən üst versiya olan 8 və 256 QB-lığa isə 629 dollar qiymət qoyulub.