• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1173
— 18.05.2018 11:03

930 at güclü Ferrari drift-kar ilk debüt yarışındaca yandı

ABŞ-ın Kaliforniya ştatında, Lonq Biçdə keçirilən yarışda 930 at güclü unikal Ferrari 599 GTB yanıb. O elə ilk debütündəcə arzuolunmaz hadisəylə üzləşib. Yanğın yarışın digər iştirakçısı ilə sürüşmə nəticəsində yaranıb. Ferrarinin sükanı arxasında Federiko Şerifo olub. O, xəsarət almayıb. Avtomobilin isə demək olar ki, bütün ön hissəsi yararsız hala düşüb. Ferrari drift-kar 6 litrlik 930 at gücü olan V12 motorla təchiz olunub. Maşının transmissiyası 6 pilləli mexaniki sürət qutusundan ibarətdir.