• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 18.05.2018 11:01

“Ən bahalı” bernaut belə görsənir

Boş parketmə ərazidə “ponçiklər” və bernaut, Bugatti Veyron Mansory Vivere sahibinə bir neçə 10 min dollara başa gəlib. Bu qiymətə hiperkar üçün komlekt şinlər daxildir. Avtomobilin öz qiyməti isə 2,5 milyon avrodur. Hər bir şin təxminən 10 min dollara ərsəyə gələcək. Tam komplektin çatdırılması ilə birgə dəyəri 150 min dollar təşkil edir. Adi Veyrondan Mansory Vivere qısa kapotuna, dəyişdirilmiş bamperlərinə və yanlarına görə fərqlənir. Hətta hava qəbulediciləri və orijinal diffuzor da təkmilləşməyə məruz qalıb. Bütün bu elementlər yüngül karbon lif materialından düzəldilib. Mansory diskləri qazanan hiperkarda işıqlı fona malik qapılar, oturacaqlar və alətlər paneli, eləcə də karbon dekorativ işləmələrə rast gəlmək olar. 16,4 litrlik 1500 at güclü W16 motoru isə əvvəlki tək yerindədir. Yerindən ilk 100 km/saat sürəti yığmaq üçün hiperkara 2,5 saniyə lazımdır. Ən yüksək sürətsə 410 km/saatdır.