• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2129
— 16.05.2018 14:18

Gəncədə voleybol üzrə şəhər turniri keçirilir

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin idman zalında qızlardan ibarət komandalar arasında voleybol üzrə şəhər turniri start götürüb. Yarış Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunub. Turnirdə 7 komanda mükafatlar uğrunda mübarizəyə qoşulub. Kollektivlər Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas, eləcə də idman məktəblərini təmsil edir. Yarış dairəvi sistem üzrə təşkil olunub. Turnirə mayın 19-da yekun vurulacaq.  

 

Azad Rəfi