Gədəbəydə 8 kəndi əhatə edən avtomobil yolu yenidən qurulur. Nəticədə 11 mindən çox sakinin rayon mərkəzinə və ətraf bölgələrə gediş gəlişini asanlaşdırcaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunan yolun uzunluğu 29 km-dir. Bu respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, 6.1 km-lik Çanaqçı-Haçaqaya və 2.9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yoludur. Dağlıq relyefə malik olan ərazidə yolun sel sularının təsirindən qorumaq üçün qabaqlayıcı tədbrlər görülür, yol yatağı yenidən işlənir.
Mahir Seyidov - sahə rəisi: Hazırda yolun 18 km torpaq işləri, paralel olaraq süni qurğuların tikintisi və asfalt beton qatını alt hissəsinin tikintisi davam etdirilir. Slavyanka kəndindən Çanaqçı kəndində qədər olan 6 km məsafədə asfalt beton işini birinci qatı görülərək başa çatdırılıb və asfaltlama işləri davam etdirilir.
4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrə qədər genişləndirilir. yeni çəkilən yol sakinlərin vaxta və pula qənaət etməsinə, mənzil başına rahat çatmasına və istehsal etdikləri kənd təsərrüfatı təyinatlı məhsulları bazarlara xarab olmadan çıxarmağa imkan verəcək.
Kaman Məmmədov - sakin: Mən Nərmina kəndində yaşayıram və bu kənd rayon mərkəzindən 21 km aralıda yerləşdir. Bu 21 km yolu 1 saatdan artıq vaxta gedirdik. Ancaq indi 10 dəqiqiyə mənzil başına çatırıq. Bundan gözəl nə ola bilər.
Abdulla Məhəmmədəliyev - sakin: Yolsuzluq bizə o qədər çətinlik verirdi ki, maşınlaırmızda sıradan çıxırdı. Bu yolun çəkilməsi kənd sakinlərini sevindirir.
Asfaltsalma işlərindən sonra yolar boyu 96 ədəd yol nişanı, 830 ədəd siqnal dirəkləri, həmçinin yolun təhlükəli hissələrində və körpülərdə əyrixətli dəmir tirlər quraşdırılacaq, nişanlanma xətləri çəkiləcək.
- Baxış: 1816