Bu günə xəbərlərin oxunma sayı: 1036
— 16.05.2018 14:53

Şəmkir sakini qeyri-adi velosiped düzəldib

KepezTV Player

İndi isə, çox maraqlı bir süjetimiz var. Bu süjetdə söhbət qeyri-adi bir velosipeddən gedir. Sözügedən velosiped Şəmkir sakini düzəldib.  Onun qeyri - adiliyi 3 mərtəbəli olması ilə bağlıdır. Bu velosipedin praktiki cəhətləri haqqında sualları velosipedi yaradan özü cavablandırıb. Bu haqqda ətraflı süjetdən məlumat alaq.

Biz hamımız çoxlu, müxtəlif ölçülərdə və formalarda velosiped görmüşük. Amma beləsini yəqin ki, çox az adam görüb. Bu qeyri adi velosipedi bir Şəmkir sakini – Samir Hüseynov düzəldib.

Etiraf edim ki, mən özüm bu velosipedi sürməyə risk eləmərəm. Praktiki cəhətdən onun səmərəliliyi bir qədər şübhə doğurur. Digər tərəfdən baxanda kim deyir ki, bu dünyada hər bir şeyin praktiki əhəmiyyəti olmalıdı ? Bəzən velosipedin elə qeyri-adi görünüşü də ona mövcud olmaq haqqı verir...

 

Fidan Muradlı