• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 16.05.2018 13:13

Qatar traktorla toqquşdu, sürücünün ayaqları kəsildi

KepezTV Player

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.Şəhər sakinləri Mehdi Mustafayevin və Mehman Əsədovun idarə etdikləri iki “VAZ-2106” markalı avtomobil toqquşub. Hər iki sürücü xəstəxanaya yerləşdirilib. Göstıərilən tibbi yardımlara baxmayaraq, Mehman Əsədov orada dünyasını dəyişib. Bərdədə isə sərnişin qatarı traktorla toqquşub. Hadisə Bakı-Xankəndi dəmiryol xəttinin rayonun Həsənqaya kəndində qeydə alınıb. Bu zaman Bərdə rayonu Nazırlı kənd sakinləri - 43 yaşlı Zabil Bağırov, onun qardaşı, 49 yaşlı Qabil Bağırov və Şatırlı kənd sakini, 30 yaşlı Fəxri Quliyev xəsarət alıb. Sürücü zabil Bağırovun ayaqları amputasiya olunub. Faktlar araşdırılır.