• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 16.05.2018 11:01

Robotlar qaçmağı da öyrəndilər

Boston Dynamics şirkəti Atlas insanabənzər robotunun yeni imkanlarını nümayiş etdirən növbəti videoçarxını dərc edib. İl yarım əvvəl Atlas bir ayağı üstə tarazlığı saxlamağı öyrənib. Payızda isə o, ictimaiyyətə arxaya salto tullanmaq bacarığını nümayiş etdirib. İndi də Atlas hamar olmayan səthlə qaçmağı və maneələrdən tullanmağı bacarır. Çox güman ki, robototexnikanın inkişafı ilə 10 ildən sonra buna bənzər videoçarxlar insanlarda gülüş yaradacaq. Ancaq hazırda onlar olduqca təsiredici görünür.